MAP

2024.12.31 Gesù Cristo

Liturgiya oxunuşları: 25 MAY. PASXANIN VI RƏBB GÜNÜ

“Çox vaxt iman yolumuzu ağırlaşdıran baxışlarımızın, strategiyalarımızın və məqsədlərimizin dünyəvi bağlarından özümüzü azad etməli və Rəbbin Kəlamını təvazökarlıqla dinləməyə başlamalıyıq. Bu yol ilə Allahın Ruhu bizi və əni istiqamətləndirir ki, ənin əsl siması Məsihin onu görmək istədiyi kimi gözəl və parlaq görünsün” (Papa Fransisk, “Səmavi Mələkə” 26.05.2019).

BİRİNCİ OXUNUŞ 15,1-2.22-29

Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam! Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb. Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər. Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın».

əڲ

İnsan cəmiyyəti üçün davranış normalarının müəyyən edilməsinə gəldikdə, problemlərin, şübhələrin, müxtəlif fikirlərin yaranması normaldır: hər bir insan fərqli düşünür. Kimsə bu məsələləri tənzimləməli və hər kəs üçün etibarlı və təhlükəsiz olacaq qaydaları müəyyən etməlidir. Bir misal verək: Lüter Məsihin Bədəninin Müqəddəs Messada həqiqi varlığını şübhə altına alanda, yepiskoplar təkcə Lüterə deyil, bütün əyə aydın cavab vermək üçün Papa ilə görüşdülər. Bu halda, Lüterin qaldırdığı sual ənin Yevxaristiyanın mahiyyəti barədə dəqiq və yekun cavablar vermək üçün bir fürsətə çevrildi. ənin həqiqi Təlimi belə işləyir və davamlılıq onun xarakterik xüsusiyyəti  olmalıdır: dünən doğru olan bu gün və sabah doğru olmalıdır, çünki ə birdir və İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.

İKİNCİ OXUNUŞ Vəhy 21,10-14.22-23

O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi. Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.

əڲ

Səmavi şəhər (cənnət) Allahın Padşahlığıdır, lakin onun bünövrəsi, qapıları və divarları üzərində insanların - Əhdi-Ətiq patriarxlarının və on iki həvarinin adları yazılmışdır. Bu Padşahlığın açarları bir adama, Peterə verildi. Beləliklə, əbədi həyat nədir - İlahi və ya bəşəridir, maddi və ya mənəvidir? Allah insan olduqdan sonra biz bilirik ki, O, bəşəri olanı ilahiləşdirdi və İlahi olanı “bəşəri” etdi. Buna görə də cənnət bizim insanlığımızın dolğunluğunu, insanlığımızın ən yüksək ifadəsini təmsil edir. Cənnət sadəcə bir yer deyil, dirilmiş Məsihdir. Beləliklə, gəlin anlayaq: cənnət Allahın nurunun olduğu bir məkandır və eyni zamanda Məsihin Bədənidir, çünki Allahla əlaqə yalnız Kəlamın mücəssəməsi ilə mümkündür. Gəlin gələcək Padşahlığı səbirsizliklə gözləyək və bəşəri kədərlərimizə qalib gələk, çünki İsanın bizim üçün Səma qapılarını geniş açdığını bilirik. Rəbb bizim ümidsiz qalmağımızı istəməz, O bizim əbədi, xoşbəxt həyatımızdır!

İNCİL  Yəhya 14,23-29

Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür. Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.

əڲ  

Məsihin bizə “dünyanın verdiyi kimi” yox, Onun vermək istədiyi sülhü tapmaq çox vacibdir. Deməli, bu dünyadan gələn sülh və Allahdan gələn sülh var və onlar fərqlidir. Rəbb Öz övladlarına Öz Ruhunu verir ki, bu da imanlılara Onunla bir olduqlarını hiss etməyə imkan verir, onlara sevildiklərini dərk etmək sevincini verir, onlara qonşularını səxavətlə və fədakarlıqla sevmək üçün güc verir və onlara yaradılışla harmoniyada yaşamağa imkan verir. Buna görə də, Allahın övladları hamı ilə sülh içində yaşamağa çağırılır. Digər tərəfdən, bu dünya zahiri münaqişələr olmadan bir anlıq sülh verə bilər, lakin insanın daxilində müxtəlif ehtiraslar yanmağa davam edəcək və eqoizm hökm sürəcək. İnsan dünyaya qərq olmuş halda yaşayarsa, heç vaxt xoşbəxt olmaz, çünki bu dünya heç vaxt vədinə əməl etmir, rahatlıq bəxş etmir çünku özü ona sahib deyil. Buna görə də, Müqəddəs Ruhu qəbul etmək hamımızın arzuladığı sülhü tapmaq deməkdir. Biz Rəbbin sülhü üçün dua edirik, diz çöküb, Allahın qüdrətli əlinin altına sığınırıq və Onun İlahi hüzurunu təvazökarlıqla qəbul edirik. Bugünkü İncildə İsa deyir: “Biz onun yanına gəlib onunla məskən salacayıq”. Beləliklə, gəlin bu gün Müqəddəs Messa zamanı ürəyimizin qapısını Üçlükdə Bir Olan Allaha açaq.

24 may 2025, 16:47