MAP

2021.05.07 VI DOMENICA DI PASQUA ANNO B - Vangelo - Gesù

Liturgiya oxunuşları: 23 MAY. Pasxanın V həftəsinin cüməsi

“İsanın Son Şam Süfrəsində söylədiyi sözlər Onun təliminin bütün mahiyyətini ehtiva edir və Onun bütün yer üzündəki əməllərini ümumiləşdirir: Məsih canını dostları üçün verdi. Onu başa düşməyən, həlledici anda Onu tərk edən, xəyanət edən və Ondan imtina edən dostları üçün. Bütün bunlar bizə deyir ki, Rəbb bizi sevir, baxmayaraq ki, biz Onun məhəbbətinə layiq deyilik: İsa bizi belə sevir!” (Papa Fransisk, “Səmavi Mələkə” 10.05.2015).

BİRİNCİ OXUNUŞ Həv 15, 22-31

Buna görə bütün imanlılar cəmiyyəti ilə həvarilər və ağsaqqallar razılığa gəldilər ki, öz aralarından adamlar seçib Paul və Barnaba ilə birlikdə Antakyaya göndərsinlər. İmanlı bacı-qardaşlar arasında rəhbərlik edən Barsabba adlanan Yəhuda ilə Silanı seçdilər. Onların əlinə bu məktubu verib göndərdilər: «İmanlı qardaşlarınız olan biz həvarilərlə ağsaqqallardan Antakya, Suriya və Kilikiyada yaşayan, başqa millətlərdən olan bacı-qardaşlara salam! Eşitdik ki, bizlərdən bəzi adamlar yanınıza gəlib sözləri ilə sizi lərzəyə salaraq düşüncələrinizi qarışdırıblar. Lakin bunu onlara biz tapşırmamışdıq. Ona görə də aramızdan bəzi adamları seçib sevimli dostlarımız Barnaba və Paulla bərabər sizin yanınıza göndərməyi yekdilliklə qərara aldıq. Hər ikisi Rəbbimiz İsa Məsihin adı uğrunda canını təhlükəyə atıb. Qərarımıza müvafiq sizin yanınıza Yəhuda ilə Silanı göndəririk ki, eyni şeyləri sizə şifahi olaraq şərh etsinlər. Müqəddəs Ruh və biz vacib olan bu qaydalardan başqa sizin üstünüzə heç nəyi yükləməməyi lazım bildik: Bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməyin; əxlaqsızlıqdan da özünüzü uzaq saxlayın. Bunlardan qaçsanız, düz edərsiniz. Salamat qalın». Beləliklə, adamlar yola düşüb Antakyaya getdilər və camaatı bir yerə yığıb məktubu onlara verdilər. İmanlılar ucadan oxunan məktubun ürəkləndirici sözlərindən sevindilər.

əڲ

ənin fərmanlarının bütün xristian icmalarına şamil edilməsi vacibdir. Həvarilərin İşləri Kitabından bugünkü hissədə biz ə Magisteriumunun (Təliminin) başlanğıcını görürük. ə Müqəddəs Ruhun ilhamı ilə nəyin xeyirli olduğunu və nədən çəkinməli olduğunu müəyyən edir və təsdiqləyir. Lakin bu qaydalar həvarilərdən alınmalıdır, çünki Rəbb onlara məsələləri Müqəddəs Ruha uyğun həll etmək səlahiyyətini verib. Yerusəlimdən çox uzaqda olan Antakya əsi təlimləri aldı və bu təlimlərə sonradan Roma və ya Korinf əsində də əməl edildi.  İbadət xarakterli bu qaydaların bəziləri bu gün istifadə olunmur (məsələn, qanı çıxmamış heyvanların ətini yemək qadağası), lakin bu halda da nəyin aktuallığını itirdiyinə və nəyin qayda olaraq qalacağına ə Magisteriumu qərar verir. Qərar verməli olanlar üçün təvazökarlığın əhəmiyyəti buradan irəli gəlir. Öz mənafeyinə boyun əyməmək, “özünün” heç nəyə sahib olmamaq, Allahın səsi həvarilər vasitəsilə danışsın deyə, həm də ki, bu səsə qulaq asan və itaət edən olsun deyə zəruri şərtdir.

İNCİL Yəhya 15,12-17

Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

əڲ  

İsanın fikrincə, dost olmaq sadəcə olaraq eyni şeylərdə razılaşmaq, eyni fikirdə olmaq, bir-birinə yaxşılıq etmək, digərinin rifahını düşünmək demək deyil. Bütün bunlar gözəldir, lakin əsl dost sayılmaq üçün İsanın əmr etdiyinə sədaqətlə əməl edilməli, yəni Onun öyrətdiyi hər şeyə itaət edilməlidir. Beləliklə, münasibətlər bərabər deyil. Bu da doğrudur: İsa Allahdır, biz isə yox. Lakin Allahla dost ola biləcəyimiz fikri bizi hədsiz sevindirməlidir. Bu o deməkdir ki, biz Onun qəlbinə yaxınıq, O, bizim haqqımızda düşünür, bizi Öz səviyyəsinə qaldırır, sevgi, sevinc, sülh, mehribanlıq olan Öz Ruhunda yeni bir həyat yaşamağa təşviq edir. Gəlin həmişə və həlimliklə Rəbb İsanın bizdən xahiş etdiyi hər şeyə tabe olaq və bununla da biz Onun həqiqi dostu olacağıq. Bu, ağır iş deyil, çünki Rəbbin boyunduruğu asandır. Beləliklə, dost hər şeyi Allahın ürəyinə görə edə bilər. Bunu, şübhəsiz ki, Allahın dostları olan müqəddəslər də öyrədirlər. Onlar Allahın Kəlamına qulaq asdılar, Rəbbin iradəsini diqqətlə yerinə yetirməyə çalışdılar və hətta kədərlərin ortasında da xoşbəxt idilər, istəklərinə Allahın cavabını aldılar.

21 may 2025, 11:57