MAP

2024.04.06 gesu christo

Liturgiya oxunuşları: 22 MAY. Pasxanın V həftəsinin cümə axşamı

“Bütün məsihçilər İsa ilə dost olmaq ənamını alırlar və biz, zəifliyimiz səbəbindən Ondan uzaqlaşsaq belə, O, bu dostluğa sadiq qalır” (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 18.05.2017).

BİRİNCİ OXUNUŞ Həv 15, 7-21

Uzun-uzadı mübahisələrdən sonra Peter ayağa qalxıb dedi: «Qardaşlar, bildiyiniz kimi Allah aranızdan çoxdan bəri məni seçib ki, başqa millətlərdən olanlar Müjdəni mənim dilimdən eşidib iman etsinlər. İnsanın ürəyindən xəbərdar olan Allah bizə verdiyi kimi Müqəddəs Ruhu onlara da verməklə təsdiq etdi ki, onları qəbul edir. Onlarla bizim aramızda heç bir ayrı-seçkilik yaratmadı, imanları ilə onların da ürəklərini təmizlədi. Elə isə nə bizim, nə də ata-babalarımızın gəzdirə bilmədiyi boyunduruğu niyə bu şagirdlərin boynuna yükləyərək Allahı sınağa çəkirsiniz? Əksinə, inanırıq ki, biz də Rəbb İsanın lütfü ilə xilas oluruq, onlar da». Onda bütün toplantı sakitləşdi və Barnaba ilə Paula qulaq asmağa başladılar. Barnaba ilə Paul Allahın onlar vasitəsilə başqa millətlər arasında göstərdiyi əlamət və xariqələrin hamısını danışdı. Onlar sözlərini yekunlaşdırandan sonra Yaqub söz alıb dedi: «Qardaşlar, mənə qulaq asın! Allah başqa millətlərdən Öz adı üçün bir xalq yaratmaq məqsədi ilə onlara ilk dəfə necə nəzər salması barədə Şimon izahat verdi. Peyğəmbərlərin sözləri bunu təsdiqləyir. Orada yazıldığı kimi: “Bundan sonra qayıdacağam, Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dağılan yerlərini yenidən tikəcəyəm, onu əvvəlki halına salacağam, ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”. Beləliklə, bu qərara gəlmişəm ki, başqa millətlərdən Allaha tərəf dönənlərə maneçilik törətməməliyik. Lakin onlara yazmalıyıq ki, bütlərə təqdim olunub murdarlanan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər; əxlaqsızlıqdan da özlərini uzaq saxlasınlar. Çünki qədim nəsillərin dövründən bəri hər şəhərdə Musanın sözlərini vəz edənlər var və bu sözlər hər Şənbə günü sinaqoqlarda oxunmaqdadır».

əڲ

ə demokratiya deyil. Bəli, ənin idarəedici orqanları var, çünki onun təsisatları bu və ya digər şəkildə dünyada təmsil olunur və onların fəaliyyəti tənzimlənməlidir, lakin ədə hər şey Müqəddəs Ruh tərəfindən idarə olunur. İlahi hikmət hər şeyi idarə edir, müqəddəs qanunlar yuxarıdan gəlir, ali qanunverici kainatın həqiqi Padşahı İsa Məsihdir. Qərarlarını bu gün Müqəddəs Messa zamanı oxuduğumuz ənin Birinci Məclisi bu həqiqətə şahidlik edir: rəhbərlər görüşür, müzakirə edir və nəhayət qərar qəbul edirlər, lakin o, həmişə İncildən və Məsihdən gələn həqiqətdən ilhamlanır. ənin həqiqi rəhbərliyi bəşəri deyil, onda heç bir qeyri-sabitlik və dəyişkənlik yoxdur: o, sabit, etibarlı və əbədidir.

İNCİL Yəhya 15,9-11

Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.

əڲ  

Öz əzabları ərəfəsində İsa sevincdən danışır. Şagirdin sevinci ölçüyəgəlməz olmalıdır, çünki Məsihin sevinci ölçüyəgəlməzdir. Əslində iki cür sevinc var: dünyəvi və ruhani. Birincisi, uğurlu işgüzar danışıqlar, gəzinti üçün yaxşı hava, uşaqların sağlamlığı, dostlarla axşam, sevimli komandanın çempionatda qələbəsi və s. kimi xarici faktlardan asılıdır. Ruhani sevinc daxili amillərdən, praktiki olaraq yalnız birindən asılıdır: qəlbimizdə Müqəddəs Ruhun olmasından, bizi məhəbbətlə dolduran Rəbb İsa ilə bir olmaqdan. Bu halda “kənarda” baş verən hər şey insanı ruhani rahatlıqdan məhrum etmir: sınaqlar insanı ruhdan salmır, hətta uğur da insanı o qədər də yüksəltmir, çünki xarici hadisələr dəyişkəndir: bu gün məmnunluq, sabah isə kədər gətirir. Buna görə də həmişə daxili sevinci, yəni qəlbdə İlahi lütfü, dirilmiş İsanın bizdə olmasını qorumaq vacibdir.

21 may 2025, 10:50