MAP

2021.09.09 Vino

Liturgiya oxunuşları: 21 MAY. Pasxanın V həftəsinin çərşənbəsi

“Hər birimiz eyni üzümün bir budağıyıq; Hamımız birlikdə Məsihə və əyə bu ümumi mənsubiyyətimizin bəhrəsini verməyə çağırılmışıq. Gəlin özümüzü Müqəddəs Məryəmin şəfaətinə etibar edək ki, ənin canlı budaqları ola bilək və imanımıza şəhadət edə bilək; hər birimiz, çağırışımıza uyğun olaraq, Məsihin qurtuluş missiyasında iştirak etdiyimizi dərk edə bilək” (Papa Fransisk, “Səmavi Mələkə” 03.05.2015).

BİRİNCİ OXUNUŞ Həv 15,1-6

Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı imanlı bacı-qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sualın müzakirəsi üçün həvarilər və ağsaqqallarla görüşsünlər. Beləliklə, cəmiyyət tərəfindən göndərilənlər Finikiya və Samariya bölgələrindən keçdilər. Başqa millətlərin Allaha tərəf necə dönmələrini xəbər verə-verə oradakı bütün imanlı bacı-qardaşları çox sevindirdilər. Yerusəlimə çatanda oradakı imanlılar cəmiyyəti və həvarilərlə ağsaqqallar onları yaxşı qarşıladılar. Allahın onlar vasitəsilə etdiyi hər şeyi danışdılar. Amma farisey təriqətindən olmuş bəzi imanlılar qalxıb belə dedilər: «Başqa millətlərdən olanları sünnət etmək və onlara Musanın Qanununa riayət etmələrini əmr etmək lazımdır». Həvarilərlə ağsaqqallar bu mövzunun müzakirəsi üçün toplaşdılar.

əڲ

İsa demişdi ki, Müqəddəs Ruh həvarilərə “hər həqiqətə yol göstərədək” (Yəhya 16, 13). Bu o deməkdir ki, ə mühüm suallarla üzləşəcək və Müqəddəs Ruh həqiqəti bərqərar etmək və bütün icmalara çatdırmaq üçün həvarilərin vasitəsilə həmin suallara cavab verəcək.  Həvarilərin İşləri Kitabından bugünkü oxunuş bu cür ilk bəyanatı gətirir və ənin tarixində belə bəyanatlardan daha çox olacaq. Rəbb İsa ictimai həyatının cəmi üç ili ərzində bütün həqiqətlər haqqında danışa bilməzdi, həm də ki müxtəlif mübahisələr zamanla yaranır. Məsələn, Allahın Əqdəs Validəsinin Səmaya götürülməsinə dair doqmatik tərif, bütün şübhələr aradan götürülsün deyə, yalnız 1950-ci ildə Müqəddəs Ruh tərəfindən ədə təsdiqləndi. İman həqiqətləri, biz əmin olduğumuz kimi, Məsihin Ruhunun qüsursuz şəkildə ifadə olunduğu həqiqi Təlim tərəfindən bəyan edilir. Öz əsinə rəhbərlik etməyə və onu istiqamətləndirməyə davam edən Rəbb İsadır və bu, böyük təsəlli verir.

İNCİL Yəhya 15,1-8

Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.

əڲ  

"Mənsiz heç nə edə bilməzsiniz!" – İsa deyir. Əgər biz bunu həmişə xatırlasaydıq, israrla Rəbbin ardınca gedər və Ondan hər bir hərəkətdə, hər sözdə və düşüncədə bizi ruhlandırmasını istəyərdik. Müqəddəs Ruh olmadan, biz insani tərzdə, yəni eqoist şəkildə fikirləşirik və buna görə də çox vaxt səhv edirik. Ancaq bizim Rəbdən bərk tutmaq və Onun fikirlərini öz fikirlərimizə çevirmək imkanımız var. Bunun üçün səmimi dua, təmiz ürək, düzgün niyyət, iman əməlləri və ənin həqiqi Magisteriumuna (Təliminə) itaət tələb olunur. Müqəddəslər məhz belə edirdilər: onlar zəiflikləri olan adi insanlar idilər, lakin Məsihlə birlikdə xəstələrə şəfa verir, hökmlə danışır və dağları yerindən tərpədirdilər. Gəlin Allahdan asılılığımızı dərk edək: biz üzümün budaqları kimi, ana bətnində olan körpələr kimiyik; içimizdə yaşayan dirilmiş Məsih olmadan, biz ruhən ölüyük. Gəlin təvazökar qalaq və anlayaq ki, içimizdə Başqası hərəkət edir. Müqəddəs Şarl de Fuko deyirdi: "İtaət etmək -  sevginin ölçüsüdür: mükəmməl itaət göstərin və mükəmməl sevgidə qalacaqsınız".

20 may 2025, 21:43