Liturgiya oxunuşları: 20 MAY. Pasxanın V həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 14,19-28
Antakya və Konyadan bəzi Yəhudilər gəlib xalqı öz tərəfinə çəkərək Paulu daşqalaq etdilər. Elə bildilər ki, Paul ölüb, onu şəhərdən kənara sürüdülər. Şagirdlər ətrafına yığılanda isə Paul ayağa qalxıb şəhərə qayıtdı. Ertəsi gün isə Barnaba ilə birlikdə Derbeyə getdi. O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər 28 və şagirdlərin yanında uzun müddət qaldılar.
əڲ
Müqəddəs Paul daşlanır; onu ölü hesab edərək, şəhərdən çıxarıb yerə qoyurlar. Daşlamaq dəhşətli bir cəzadır və əksər hallarda ölümlə nəticələnir. Lakin tezliklə həvari ayağa qalxır və İncili yenidən təbliğ etməyə başlayır. Bu adamın gücü heyranedicidir! Yaralı həvari işləməkdə davam edir və ən diqqətəlayiq olanı odur ki, Listraya qayıdır, harada ki onu amansızcasına daşqalaq edib ona ölüm arzulayırdılar! İkinci və son daşqalaq edilmə təhlükəsi onu durdurmur. Bu oxunuş müjdəçilik işində cəsarət və Allaha güvənməyi öyrədir. Həvari missiyası bir çox riskləri ehtiva edir, lakin missioner təhlükələrə baxmır: bəhrələr haqqında düşünür. Bir can bir çox narahatlıq və iztirabdan daha dəyərlidir. Görünür, Paulun hərəkətləri bu gün də ehtiyac duyulan misli görünməmiş ilahi ilham tərəfindən diktə edilib. Bizim üçün daşlar təhqir, istehza, təqib ola bilər. Onlar çox ağrıda bilər, lakin öldürə bilməz.
İNCİL Yəhya 14,27-31a
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm.
əڲ
Biz İsanın “sizə sülhümü qoyub gedirəm” ifadəsini düzgün başa düşməliyik. Xalqlar bir-biri ilə müharibə edəndə, biz, ölümcül qəddarlığa, insan iztirablarına və açıq-aşkar ədalətsizliyə son qoyulması üçün Əbədi Atadan sülh diləyirik. Lakin İsanın vəd etdiyi sülh başqadır: bu, dövlətlərarası münaqişələrin yox, günahın olmamasıdır. Məsihin sülhü Allahın lütfü ilə təmizlənmiş nurlu, təvazökar ürəkdə yaşayır; bu sülh insandan və ya mövcud vəziyyətlərdən deyil, Səmadan gələn daxili rahatlıq bəxş edir. Biz belə bir sülh üçün dua etməliyik! Ürəklərdə sülh və ölkələr arasında sülh Allahın əvəzsiz hədiyyəsidir, Məsihin Padşahlığının bəhrəsidir və bu sülh üçün ə durmadan dua edir.