Liturgiya oxunuşları: 18 MAY. PASXANIN V RƏBB GÜNÜ
BİRİNCİ OXUNUŞ Həv 14, 21-27
O şəhərdə də Müjdə yayıb xeyli şagird hazırladılar. Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyada olan Antakyaya qayıtdı. Şagirdləri ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirərək dedilər: «Allahın Padşahlığına çox əziyyətlərdən keçərək girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə kəlamı yayandan sonra Antalyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların indi yerinə yetirdikləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, başqa millətlərə iman qapısını necə açdığını söylədilər.
əڲ
Hazırda Türkiyənin ərazisi olan bölgələrə ilk həvari səfərindən sonra Paul və Barnaba Antakyaya qayıdır və oradakı ənin üzvlərinə hesabat verirlər. Onlar şövqlə doludurlar, çünki vəz etdikləri hər yerdə İncil qəbul edilib və ilk xristian icmaları yaradılıb. Düşünün - onlar heç bir vasitə olmadan, yalnız Allaha olan iman və ümidləri ilə uzaq səfərə çıxdılar! ə Müqəddəs Ruh tərəfindən qurulur və Ona, cəsarətli və işə tam hazır olan insanlar gərəkir. Paul və Barnaba çətinlikləri gizlətmir, ilk məsihçilərə onları gözləyən kədərlər barədə xəbərdarlıq edirlər. Rəbb İsa tez-tez bunu öyrədirdi: insan Padşahlığa dar qapıdan daxil olur. Sınaqları və əzabları kiçiltmək səhv olardı, çünki xristian olmaq şər qüvvələrlə mübarizə aparmaq və pisliyə yaxşılıqla qalib gəlməyə hazır olmaq deməkdir. Müqəddəs Ruh bizi sınaqlardan qorumur: O, bizi dirilmiş Məsihin İlahi gücünün köməyi ilə onlara qalib gəlməyə təşviq edir.
İKİNCİ OXUNUŞ Vəhy 21, 1-5
Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».
əڲ
Özümüzə təsəlli vermək və indiki zəmanəmizin kədərlərini daha yaxşı anlamaq üçün cənnətdəki həyatı təsəvvür etməliyik. Vəhy deyir ki, əbədi həyatın həm icma, həm də şəxsi ölçüsü var. Ona görə icma ölçüsü var ki, Vəhy kitabında Yeni Yerusəlim şəhərindən danışılır. Adi bir şəhər küçələr, binalar, mağazalar, məktəblər, ictimai parklar, hərəkət edən və qarşılıqlı əlaqədə olan insanlarla doludur. Cənnətdə biz yer üzündəkindən fərqli şəkildə, amma yenə də birlikdə olacağıq. Üstəlik, belə bir şəhər Bəy İsa üçün bəzədilmiş ruhani gəlinə bənzəyir. Üstəlik, heç bir pislik, ağlama və ya göz yaşı olmayacaq, çünki hər şey yenilənəcəkdir. İndiki və gələcək həyat arasında vərəsəlik var, lakin bu dünyanın bütün pislikləri əbədi olaraq yox olacaq.
İNCİL Yəhya 13, 31-35
Yəhuda çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
əڲ
Yəhuda İskaryot Rəbbi Sinedriona təslim etmək üçün qalxıb gedir. Elə bu anda İsa, gələcəkdə şagirdləri fərqləndirəcək izzət və məhəbbətdən danışır. Vəziyyət dramatikdir, lakin Məsih kədərli düşüncələrə dalmır: O bilir ki, xəyanət, əsirlik, ölüm əvvəlcədən müəyyən edilmişdir, lakin İlahi məhəbbət qalib gələcək. Rəbb əziyyət çəkir, amma eyni zamanda belə yüksək fidyənin qiymətindən - sevgidən danışır. O, ağrıya qərq olaraq öldü və bizə Ruhunu vermək üçün yenidən dirildi. Bir-birimizi sevməklə biz Allaha aramızda yaşamaq imkanı veririk. Xristian olmaq Məsihin ölümünə daxil olmaq və Onunla birlikdə yeni həyata dirilmək deməkdir. Yeni həyat isə qardaşlıq sevgisidir. Əsl xristian icması bir-birini sevən, bir-birinə xidmət edən və bir-birinin yaxşılığı üçün özünü qurban verən insanlardan ibarətdir. Şübhəsiz ki, Rəbb belə icmada yaşayır və hərəkət edir. Yalnız belə bir icma könülləri cəlb edə bilər və inandıra bilər ki, edə biləcəyimiz ən gözəl əməl - bir-birimiz üçün yaşamaqdır.