Liturgiya oxunuşları: 17 MAY. Pasxanın IV həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Həv 13,44-52
Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, xilası dünyanın ən uzaq yerlərinə yayasan”». Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.
əڲ
Paxıllıq nə qədər qarışıqlıq gətirir! Yəhudilər əvvəlcə Paul və Barnabanın sözlərini bir qədər anlayış vəmaraqla qarşıladılar (Həv 13, 42-43), lakin sonra bu yeni vaizlərin artan uğurlarını görərək, onları susdurmağa və şəhərdən qovmağa qərar verdilər. Onlar üçün məqamları və ya imtiyazları həqiqətdən daha vacibdir. Onların dünyagörüşünə görə, Məsih lazımsız narahatlıq yaratmamalı və insanı vərdiş etdiyi rahatlıqdan məhrum etməməlidir. Lakin Rəbb dünyaya onu dəyişmək üçün gəldi. Sorn Kyerkeqor yazır: "Xristianlıq narahatlıqdır, əbədiyyət narahatlığıdır”. Məsihin ardınca getmək, hesablamalar aparmamaq və hər şeyi, hətta mümkün olan nüfuzu və cəmiyyətdəki mövqeyini itirməyə hazır olmaq deməkdir. Nəticə, Pasxa bayramında oxuduğumuz Həvarilərin İşləri Kitabından axan sevinc olacaq. Müqəddəs Ruh təkcə azadlıq vermir, həm də məsihçilərə həqiqi və dərin mənəvi sevinci yaşamağa kömək edir.
İNCİL Yəhya 14, 7-14
Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.
əڲ
İsa yol, həqiqət və həyatdır. Məhz Onun vasitəsilə insan Səmavi Ataya çata bilər; O, həm də Atanın bizə çatmaq üçün seçdiyi yoldur. Əgər biz İsada qalmasaq, onda Allah ölçüyəgəlməz dərəcədə uzaqda qalır, çünki Onun təbiəti bizimkindən ölçüyəgəlməz dərəcədə üstündür; lakin əgər biz Allahdayıqsa, onda biz Onun işlərini, o cümlədən xariqələri edə bilirk (Xilaskar deyir: “Mənə iman edən Mənim etdiyimi, hətta daha çoxunu edəcək”). Bununla belə, biz inanmalıyıq ki, Atanın yanına gediriksə, o zaman O da bizə tərəf gəlir. Biz Ondan mərhəmət diləyirik, O isə, bizdən İsanın həyatı ilə, dünyanın xilası üçün çarmıxdakı qurbanı ilə möhkəm birləşməyimizi xahiş edir.