Liturgiya oxunuşları: 16 MAY. Pasxanın IV həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Həv 13,26-33
Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib. Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. Lakin Allah Onu ölülər arasından diriltdi. İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir. Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”.
əڲ
Paulun və ilk həvarilərin vəzinin mahiyyəti dəyişməz olaraq qalır: İsanın ölülər arasından dirilməsi. Qalan hər şey bu faktdan irəli gəlir. Onlar niyə bu qədər israrlı idilər? Çünki İsa ölülər arasından dirilibsə, deməli yaşayır və bu o deməkdir ki, O, haradasa və nəsə edir. Canlı insan həmişə hərəkət edir, qarşılıqlı əlaqədə olur, müdaxilə edir, verir və alır. Buna görə də biz İsanı axtarmalıyıq. Onunla həqiqi və yaxın münasibətdə biz Əqdəs Üçlüyün üçüncü Şəxsi olan Müqəddəs Ruhun lütfkar ənamını alırıq. Əgər Məsih ölülər arasından dirilməyibsə, deməli, O, sadəcə olaraq, ali dəyərləri öyrədən, lakin həlledici heç nə etməyən görkəmli bir insandır. Sorn Kyerkeqor yazır: "Əsl təqlid bəşəri vəzdən deyil, Məsihin şəxsən insan üçün nə etdiyindən irəli gəlir."
İNCİL Yəhya 14, 1-6
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. Gedəcəyim yerə aparan yolu tanıyırsınız». Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
əڲ
Xristianlıqda əsl və böyük yenilik İsanın özüdür. Digər dinlər də yaxşılıq etməyi və xeyirxah olmağı öyrədir,Allaha ibadət etməyi və saleh, əxlaqlı həyat sürməyi tövsiyə edirlər. Bu göstərişlər və çağırışlar nə qədər nəcib və ədalətli olsa da, xristianlığı fərqləndirən xüsusiyyətlər deyil. İlahiyyatçı Vladimir Solovyov yazır: “Əgər biz Məsihin İncildə təsvir olunan təliminin bütün nəzəri və əxlaqi məzmununu nəzərdən keçirsək, o zaman bütün digər dinlərdən xüsusi olaraq fərqlənən yeganə yenilik Məsihin Özü haqqında təlimi, canlı, təcəssüm olunmuş həqiqət kimi Özünə istinad etməsi olacaqdır. "Yol, Həqiqət və Həyat Mənəm: Mənə iman edən əbədi həyata malikdir." Deməli, əgər İsa yoldursa, biz cəsarətlə bu yol ilə getməliyik, yəni İsaya inanmalı və Onu hər şeydən və hər kəsdən çox sevməliyik. Üstəlik, O, bizi əmin edir ki, Səmada bizim üçün yerlər hazırlanmışdır. Bu yolu biz tək deyil, İsa ilə gedirik.