Liturgiya oxunuşları: 14 MAY. Müqəddəs Həvari Mattiyanın bayramı
On iki həvaridən biri olmağa çağırılan Mattiyanın hekayəsi heyrətamizdir: Həvarilərin İşləri Kitabına əsasən, Yəhuda İskariotun yerinə birini seçmək üçün yüz iyirmiyə yaxın şagird toplandı. Allahdan Onun iradəsini yerinə yetirilməsini dilədikdən sonra iki namizəd arasında püşk atıldı: beləliklə, yeni həvari Mattiya seçildi. O, İsa ilə birlikdə səyahət edən həvariləri müşayiət edənlərdən biri idi. Onun çağırış səhnəsinin xristianlıq tarixi boyu dəyişməz qalan xüsusi bir cəhəti var: “İlk çağırış ənin birləşib dua etdiyi zaman baş verdi” (XVI Benedikt). ə Rəbb tərəfindən yaradılmışdır və O, onun yeganə Çobanıdır.
BİRİNCİ OXUNUŞ Həv 1, 15-17.20-26
Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi: «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir. Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. Axı Zəbur kitabında yazılıb: “Məskəni viran olsun, kimsəsiz, boş qalsın” və “vəzifəsini başqası tutsun”. Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır». Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər. Sonra dua etdilər: «Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki, qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı». Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.
əڲ
Necə ki İsrailin on iki qəbiləsi var idi, həvarilərin də sayı on iki olmalıdır. Yəhudanın yerinə başqası seçilir və namizədin bir vacib xüsusiyyəti olmalıdır: ondan müqəddəslik tələb olunmur, alim və ya müəllim olması tələb olunmur, ondan dua ənamı və ya hər hansısa fövqəltəbii bacarıq da tələb olunmur. Yalnız bir şey tələb olunur: gələcəyin həvarisi lap əvvəldən (Yəhyanaın vəftizindən) həvarilərin yanında olmalı və Rəbbin Səmaya qalxdığı ana qədər, yəni sona qədər Onun ardınca getməli idi. Əslində tələb olunan sədaqətdir. Sədaqət hər şeydən önəmlidir! Həqiqətən, bu barədə düşünsək, onun vacib xüsusiyyət olduğunu anlayacayıq. Axı, biz də çox istedadlı və savadlı, lakin davamlılığına etibar edə bilmədiyimiz insanlara deyil, sadiq olanlara güvənməyə meylliyik.
İNCİL Yəhya 15, 9-17
Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.
əڲ
Bir insanın Allah tərəfindən sevildiyinə inanmaq Allahı sevməkdən qat-qat çətindir. Səbəbi sadədir. “Mən Allahı sevirəm” deməyin heç bir dəyəri yoxdur, çünki Uca Allah gözəgörünməzdir və Onun həyatımızdakı əməlləri də çox vaxt gözə görünmür. Amma biz sevilməyin nə demək olduğunu bilirik. Sevən birisi sevgilisi haqqında düşünür, ona sevinc bəxş etmək, onu xoşbəxt görmək üçün hər şeyi edir. Xristianlığın böyüklüyü məhz bizim Allah tərəfindən sevildiyimizə inanmaqdadır. O zaman bu məhəbbətə cavab vermək istəyi öz-özünə gələcək və bunun yolu bugünkü İncildə göstərilmişdir: insanları sevmək. Xristian mərhəmətinin sərhədləri yoxdur, o, davamlı axın, dairəvi hərəkətdir: biz bilirik ki, Allah bizi sevir, biz Onun lütfü ilə nəfəs alırıq və bu, bizi qonşularımızı sevməyə təşviq edir.