MAP

2022.11.05 Pellegrinaggio della Madonna di Fatima in Armenia e Georgia

Liturgiya oxunuşları: 13 MAY. Fatimalı Məryəm Ananın xatirəsi

"İsa bizimlə danışan, bizi mükəmməl tanıyan, bizə əbədi həyat verən və bizi qoruyan yeganə Çobanımızdır. Biz Onun yeganə sürüsuyuq və bizdən tələb olunan tək şey O, qəlblərimizin səmimiyyətini məhəbbətlə araşdırarkən Onun səsinə qulaq asmağa çalışmaqdır. Çobanımızla davamlı yaxınlıqdan, Onunla söhbətdən, Onun ardınca getməyimizdən sevinc yaranır və biz Ona bizi əbədi həyatın dolğunluğuna aparmağa icazə veririk” (Papa Fransisk, “Səmavi Mələkə” 12.05.2019).

BİRİNCİ OXUNUŞ Həv 11, 19-26

Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.

əڲ

Barnabanın obrazı gözəldir. O, ənin ilk "missioneri" idi, çünki o, Yerusəlimdəki həyatını geridə qoyub ilk xristianların qayğısına qalmaq üçün böyük bir şəhərə (Antakyaya, müasir Türkiyə ərazisi) getmişdi. Antakyada o vəftiz olmuş keçmiş büdpərəstlərə qapıları açan və onları onun kimi yəhudilikdə doğulan və sonra xristian olanlarla birləşdirən ilk insan oldu. Bunun nə qədər çətin olduğunu bilirik. Üstəlik, iman gətirdikdən sonra Tarsusda kiminsə ona Müjdə yolunda bələdçilik edəcəyini gözləyən Şaulu xatırlayan tək Barnaba idi. Barnaba təkbaşına, Yerusəlim Romalılar tərəfindən dağıdılanda sonra, ilk ə üçün böyük dəstək olacaq bir xristian icmasını təşkil etdi (eramızın 70-ci illərində). Bunun sirri nədir? Barnaba təvazökar, Müqəddəs Ruh və imanla dolu idi.

İNCİL Yəhya 10, 22-30

O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik».

əڲ  

Yəhudilər İsanın Məsih olduğuna inanmaq istəmirlər. Onlar çox gözəl bilirlər ki, əgər Ona inansalar, bu o deməkdir ki, onlar İsanın ardınca getməli, Onun dediyini etməli, qərəzlərindən əl çəkməli, mehriban və mərhəmətli olmalı, yəni zərrə qədər istəmədikləri hər şeyi etməlidirlər. Onlar Rəbbi də ittiham edirlər: “Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan?” Onlar İsanı qeyri-müəyyənlikdə ittiham edirlər, lakin iman etibar və güvən tələb edir. Allah əlamətlər verir, amma heç kimi məcbur etmir, çünki sevgi azaddır və tam etibarı nəzərdə tutur. Bu əlamətlər bu gün də ədə mövcuddur. Məsələn, əllərində və ayaqlarında sağalmayan və daim qanayan stiqma yaraları ilə əlli il yaşayan Padre Pio; həqiqi cismə çevrilən və əsrlər boyu belə qalan Əqdəs Ənamlar (Lançanoda baş vermiş Yevxaristik möcüzə) və gözümüzün qarşısında baş verən bir çox başqa möcüzələr. Bu əlamətlər o qədər aydın, o qədər açıqdır ki, lakin inanmaq istəməyənlər inanmamağa davam edirlər. Əslində, ən böyük əlamətlər möcüzələr deyil, müqəddəs insanlardır, hansılar ki həyatlarını tamamilə dəyişə bildilər. Onlar həqiqi imanı aşkar edərək şəhadətləri ilə heyrətləndirirlər.

12 may 2025, 22:16