MAP

2024.04.20 Arte paleocristiana, Buon Pastore, Catacombe di Roma foto Suor Amata J. Nowaszewska CSFN

Liturgiya oxunuşları: 12 MAY. Pasxanın IV həftəsinin bazar ertəsi

“Allahın səsi heç vaxt yarı qiymətinə sevinc vəd etmir: bizi həqiqi yaxşılıq və sülh tapmaq üçün eqo-muzun çərçivələrindən kənara çıxmağa çağırır. Unutmayaq: şər heç vaxt rahatlıq vermir, əvvəlcə qarşısıalınmaz bir istək yaradır, sonra isə məyusluğun acısını yaşadır. Şər məhz belə işləyir” (Papa Fransisk, “Səmavi Mələkə”, 03.05.2020).

BİRİNCİ OXUNUŞ Həv 11, 1-18

Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər. Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək  dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən». Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi: «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır. Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var. Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!” Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”. Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”. Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi. Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı. Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik. Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”. Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi. Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”. Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?» Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».

əڲ

Peter, hamıdan çox, bütpərəstlərlə İsa haqqında danışmağın mümkün olduğuna şübhə edirdi. Buna görə də süfrə haqqında yuxunu başqa həvarilərə deyil, o görür.  Üstəlik, Peter hələ Məsih haqqında heç nə bilməyən yad adamlarla danışmağa başlayan kimi, Müqəddəs Ruhun enməsi baş verir. Buna görə də Peter səhv etdiyini başa düşür.  Həvari Müqəddəs Ruhun hamı üçün olduğunu qəbul etməyən dostları ilə danışır və sonda onlar Rahat olub Allahı izzətləndirirlər. Müqəddəs Ruh universaldır, çünki Allahın Kəlamı hər şeyi əhatə edir və hər kəs üçün qurtuluş arzulayır. Allaha Onun nə etməli olduğunu söyləyən biz deyilik, lakin Onun xilaskar işini izzətləndirməyə məhz biz hazır olmalıyıq. İlk olaraq özümüz iman gətirənlərdən olsaq, Allahın bizə söylədiyi hər şeyi təmiz ürəklə qəbul etsək, imanımız başqaları üçün də inandırıcı olacaq. O zaman danışan biz deyil, Rəbbin Özü olacaq.

İNCİL Yəhya 10, 1-10

Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. Amma qapıdan girən qoyunların çobanıdır. Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar. İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.

əڲ  

İsanın “qapı” obrazı çox mənalıdır. Qoyunlar qoyun tövləsinə girir, orada yemək yeyib təhlükəsiz şəraitdə istirahət edirlər. Bizim üçün, Məsih olan “qapıdan keçmək” Onun təlimini dinləmək və həyatımızda tətbiq etmək deməkdir. Biz eyni qapıdan çıxa bilərik (yəni, dünyaya çıxa bilərik), İsanın xeyir-duasını və hüzurunu özümüzlə dünyaya gətirə bilərik. Digər qapı olmaq iddiasında olan boşluqlar - yalançı müəllimlər - məhvə aparır; onlar bizi sevmir, ancaq bizdən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Əksinə, Məsih bizim üçün çarmıxda ölümü qəbul edib yenidən dirilərək Özünü tamamilə bizə bəxş edir. Hər səhər biz günə Onun qapısından keçməklə başlayırıq: xaç işarəsini üzərimizə çəkirik, niyyətlərimizi, ailəmizi və dostlarımızı, planlaşdırdığımız görüşləri, ediləcək işləri və s. Rəbbə həsr edirik. Biz dünyaya Onun vasitəsilə, Onun duasının ətri ilə dolu, müqəddəslərin əhatəsində çıxırıq və istənilən şərin müqavimətinə tab gətirə bilirik. Axşam biz yenidən Məsihin ürəyi ilə dua birliyinə “daxil oluruq”: ötən günə şükür edərək gecəmizi Ona etibar edirik.

12 may 2025, 11:21