MAP

2024.04.20 Gesù il buon pastore

Liturgiya oxunuşları: 11 MAY. PASXANIN IV RƏBB GÜNÜ

“Yaxşı Çoban olan İsanın səlahiyyəti Onun xidməti ilə heyata keçirilir: O, cavab qurbanı tələb etmədən öz qoyunları uğrunda canını verir. Belə bir Başçıya etibar etmək olar. Çobanına güvənən qoyunlar belə edir; onlar bilirlər ki, bu çobanla yaşıl otlu bol otlaqlara çatacaqlar. Çoban bir işarə edir və onlar onun səsinə tabe olurlar, səsində güclü və eyni zamanda incə, onları istiqamətləndirən, qoruyan, sakitləşdirən və sağaldan münasibəti eşidirlər” (Papa Fransisk, “Səmavi Mələkə” 07.05.2017).

BİRİNCİ OXUNUŞ Həv 13, 14.43-52

Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər. Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, Xilası dünyanın ən uzaq yerlərinə yayasan”». Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

əڲ

İsrail Allahın xalqıdır, lakin peyğəmbərlər (xüsusilə Yeşaya və Yeremya) dəfələrlə xilasın yalnız kiçik İsrail padşahlığı üçün deyil, bütün xalqlar üçün olduğunu bəyan edirdilər. Rəbb İsa deyir: “Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin” (Matta 28,19). Pisidiya Antioxiyasında bütpərəstlər Paul və Barnabanı xoş qarşıladılar, "demək olar ki bütün şəhər əhalisi toplaşmışdı". Bu, böyük uğur idi. İnsanlar iki həvarinin yəhudilərlə deyil, yalnız onlarla danışacağını eşidəndə o qədər ruhlandılar ki, qəlblərini sevinclə həqiqi imana açdılar. Məsihə inanmaq təmiz hava ilə nəfəs almaq deməkdir: azadlıq, qələbə, işıq və sülh havası ilə. Bütpərəstlərin məhz buna ehtiyacı var idi.

İKİNCİ OXUNUŞ Vəhy 7,9.14b-17

Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. Buna görə də onlar Allahın taxtının önündədir, gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da onların üzərində məskən salacaq. Onlar bir daha nə ac, nə də susuz qalacaq, günəş və qızmar isti onları vurmayacaq. Çünki taxtın ortasında olan Quzu onların Çobanı olacaq, onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».

əڲ

Mübarəklərin Əbədi Padşahlığında şəhidlər sədaqətlərinə görə mükafatlandırılır və İsanın mübarək hüzurundan həzz alırlar. Həqiqətən də, şəhidlər Ona bənzəyirlər, çünki Qolqotada Rəbb Özü Çarmıxda şəhid kimi öldü. Şəhidlik təkcə ənin erkən dövründə  Məsihin Adına görə qətl edilənlərə aid deyil. Şəhidlərin sayı ölçüyəgəlməzdir, onların arasında Məsihə görə təqiblərə məruz qalan iman şahidləri var (“şəhid”  - şahid deməkdir). Onların hamısı Quzunun qanı ilə yuyulub.

İNCİL  Yəhya 10,27-30

Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. Mən və Ata birik.

əڲ  

Bugünkü İncil bizim Səmavi Atamızın ağuşunda olduğumuzu təsdiqləyir. Yeganə həqiqi çoban olan İsaya və əyə sadiq olanlar təhlükəsizlikdədirlər, çünki onlar sarsılmaz qaya üzərində durublar. Əlbəttə, biz günahkarıq, amma İsa insanları günahdan azad etmək üçün gəldi. İnsanın hər ruhani çevrilmə hərəkəti Allaha doğru mənəvi yüksəlişdir. Biz Müqəddəs Üçlüyün ürəyində yaşayırıq və bu, dərkedilməz bir sirrdir. Allahın möhtərəm xidmətçisi Marta Robin yazırdı: “Məhəbbətin yalnız bir şeyə ehtiyacı var ki, biz ona qarşı olmayaq”.

10 may 2025, 16:07