MAP

2021.09.10 Meditazione di don Ferenc Janka sul vengalo di domenica "Chi sono io?"

Liturgiya oxunuşları: 8 MAY. Pasxanın III həftəsinin cümə axşamı

“Bizə Öz Cisminin və Qanının Sirri olan Həyat Çörəyini təqdim etməklə, İsa bizi Onunla ünsiyyətə daxil olmağa dəvət edir ki, biz Rəbbimiz və qardaşlarımız üçün yaşayaq. Əgər biz Onun dəvətini rədd ediriksə, bu ona görədir ki, bizim üçün Məsihi təqlid edərək həyatımızı qurmaqdan və Onun meyyarlarına uyğun hərəkət etməkdənsə, bu dünyanın meyyarlarına uyğun hərəkət etmək daha asandır” (Papa Fransisk, “Rəbbin mələyi” 19.08.2018)

BİRİNCİ OXUNUŞ Həv 8,26-40

Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. 28 Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür». Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. Sudan çıxanda Rəbbin Ruhu† Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. 40 Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.

əڲ

Müqəddəs Həvarilərin İşləri Kitabından bugünkü hissədə biz yəhudi inancına mənsub olan ilk Afrikalı vəftiz olunmuş şəxsi görürük; O, ibadət etmək üçün Yerusəlimi ziyarət edib uzaq ölkəsinə qayıdırdı. Yəhudilər təkcə İsraildə yaşamırdılar - onun xaricində, məsələn, İsgəndəriyyədə kifayət qədər böyük yəhudi icmaları var idi. Həbəşli zadəgan Müqəddəs Yazıları bilsə də, Yeşaya peyğəmbərin kitabında bəhs edilən Yahvenin Qulu haqqında deyilən sözləri dərk edə bilmirdi. O, bu hissələrin Məsih haqqında danışdığını eşidəndə iman etdi və vəftiz olundu. Bütün yəhudilər, ilahiyyatçılar, məbəd alimləri Yeşayanın mətnlərini çox yaxşı bilirdilər:  onlar da iman gətirməli idilər, üstəlik, ilk növbədə elə onlar Məshi qəbul etməli idilər! Lakin, görünür ki, qanun müəllimlərində, bu səyyahda olan inam, daxili işıq yox idi.  Axı, Rəbbi qəbul etmək üçün sadəcə Müqəddəs Yazıları oxumaq kifayət deyil: onu ürəyinə qəbul etməli və öz cavabını verməlisən. İsanı gözləri ilə görən Zakkay ilə Onu öz imanı ilə görən Həbəşli arasında gözəl bir oxşarlıq var: onların hər ikisi Məsihin məhəbbətinə cavab verir.

İNCİL Yəhya 6,35-40

İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.  Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».

əڲ  

Müjdəçi Yəhya dinləyiciləri şoka salan iki məqamı vurğulayır, çünki iki gözlənilməz, məntiqsiz fakt açıqlanır. Birincisi: İsa göydən endiyini bəyan edir; ikincisi, O, Öz cismini insanlara yemək üçün verəcək. Heç bir insan birbaşa göydən enməmişdir, bəs O, necə deyə bilər ki, göydən enib? Üstəlik, cismi biolojı, maddi bədən kimi başa düşsək, onu yemək kimi təqdim etmək məntiqsiz səslənir. Bunu başa düşmək demək olar ki, mümkün deyil, sadəcə inanmaq lazımdır. İsa göydən gəldi, çünki O, zamanın fövqündə duran Allahdır. O, Öz Bədənini yemək kimi təqdim edir, çünki köləlikdən azad olmağı xatırlayaq Pasxa bayramında quzunu yeyirlər,: Məsih dünyanın bütün günahlarını üzərinə götürən Allahın Quzusudur. Bundan sonra bu çörəyi yeyən insanlar heç vaxt ölməyəcəklər, lakin cismən deyil, Allahın verdiyi həqiqi mənəvi həyatlarında heç vaxt ölməyəcəklər. Əgər biz Allahın Cisminə şərik oluruqsa, o zaman Allah bizdə yaşayır, Allah bizimlə qalır. Rəbb əlavə izahat vermir, çünki burada tədqiq ediləcək və başa düşüləcək heç bir şey yoxdur: burada inanmaq lazımdır. Bu gün Yevxaristiya Sirrinə iman diləmək üçün gözəl fürsətdir.

08 may 2025, 08:59