MAP

2019.06.15 Santa Trinità, affresco di Rossetti

Liturgiya oxunuşları: 4 APREL. Böyük Orucun IV həftəsi, cümə

"Ata tərəfindən Ona həvalə edilmiş missiyanı yerinə yetirən Məsih yaxşı bilir ki, O, ağır iş, rədd edilmə, təqib və məğlubiyyətlə üzləşəcək. Bu, həqiqi peyğəmbərlik üçün hər zaman ödənilməli olan qiymətdir. Lakin rədd edilmə İsanı ruhdan salmır, Onun yolunu bağlamır və Onun peyğəmbərlik əməllərinin məhsuldarlığına heç bir təsir göstərmir" (Papa Fransisk, “Rəbbin mələyi” 03.02.2019).

BİRİNCİ OXUNUŞ Süleymanın Müdrikliyi 2, 1a.12-22

Yanlış fikrə düşənlər öz-özlərinə dedilər: ədalətli adama tələ quracağıq, çünki o, bizə ağır yükdür, bizim işlərimizə əngəl olur, bizi qanuna qarşı günahda təqsirləndirir, tərbiyə əleyhinə olan  günahlara görə ittiham edir. Özünün Allah barədə biliyə sahib olduğunu iddia edir, özünü Rəbbin övladı  adlandırır. Önümüzdə durub niyyətlərimizi ifşa edir. Onun üzünü görmək belə, bizə ağırdır, çünki onun həyatı  başqalarınınkına bənzəmir, yolları da hamıdan fərqlidir. O, bizi iyrənc hesab edir, çirkabdan qaçan kimi bizim yollarımızdan uzaqlaşır, ədalətli adamların öləndə bəxtiyar olacağını bildirir, məğrurluqla Allahı öz atası adlandırır. Onun sözlərinin doğru olub-olmadığını görərik, onun axırının necə olacağına baxarıq. Əgər bu ədalətli adam  Allahın oğludursa, onda Allah onu qoruyar, düşmənlərin əlindən xilas edər. İtaətkarlığını bilmək və kin saxlamadığını görməkdən ötrü onu təhqirlərlə və  əzab-əziyyətlərlə  yoxlayaq; onu şərəfsiz ölümə  məhkum edək, çünki, dediyinə görə, ona qayğı göstəriləcək». Onlar yanlıĢ düĢüncələrə qapılıb səhv etdilər, çünki pislikləri onları kor etdi. Onlar Allahın sirlərini dərk etmədilər, müqəddəsliyə görə verilən əvəzi gözləmədilər, qüsursuz insanların  mükafatını layiqli  saymadılar.

əڲ

Allahsızlar onların Qanuna qarşı günahlarını ifşa edən saleh adama tələlər qurmağı düşünürlər. Pislər bu yolla salehlərin əməllərini alt-üst etməyə çalışırlar. Bir vaxtlar belə idi, İsa ilə də belə idi və bizlə də həmişə belə olacaq. Fasiqləri ən çox qıcıqlandıran odur ki, salehlərin əməl və niyyətləri onların öz düşüncə və davranışlarına ziddir. Allah adamlarının sadə davranışı onları çox incidir və qıcıqlandırır. Böhtana məruz qalan saleh insanın taleyi Məsihin də başına gəldi, lakin O, ölümü və dirilməsi ilə ona qalib gəldi və bizə inamla ona daxil olmağa imkan verdi. Salehlər kimə arxalana biləcəklərini bilirlər; onlar əmindirlər ki (bugünkü Məzmurda deyildiyi kimi) “Rəbb qəlbisınıqlara yaxındır, O, ruhən əzilmişləri qurtarır.”

İNCİL Yəhya 7, 1-2.10.25-30

Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.

əڲ  

Böyük Oruc dövrü boyunca liturgiya Rəbb İsanın həyatımızda mövcud olduğunu görmək üçün baxışlarımızı təmizləməyə kömək edir. Çünki qərəzlərimizin, hər şeyi bildiyimizə əminliyin əsiri qalmaq riski var. “Biz Onu tanıyırıq, haradandır; Məsih gələndə heç kim Onun haradan olduğunu bilməyəcək.” "Biz Onun haradan gəldiyini bilirik"  - Rəbbin mehriban və təvəzökar yaxınlığına sevinməmək üçün çox az şey lazımdır. Allah hər kəslə gündəlik həyat, insanlar, və ruhani təcrübə vasitəsilə danışır. Məsih bəyan edir ki, O, “Özündən gəlməyib”, lakin Onu Göndərən haqdır və çoxları Onu tanımır. Buna görə də, Rəbb İsanın yeniliyini tanımaq və qəbul etmək üçün liturgiya imanlıları güzəştə getmədən və ikiüzlülükdən uzaq, daha dərin, dürüst və həqiqətlə yaşamağa çağırır.

03 aprel 2025, 22:17