MAP

2021.05.07 VI DOMENICA DI PASQUA ANNO B - Vangelo - Gesù

Liturgiya oxunuşları: 15 APREL. Müqəddəs Çərşənbə Axşamı

"Yəhuda yuxarı otaqdan çıxanda gecə idi. Gecə həm çöldə, həm də onun qəlbində idi. Amma başqa bir gecə də var ki, hər kəs ondan keçir. O gecənin qaranlığında ümid parlayır. Bu gecə - İsa ilə görüşməyi, Onun bağışlamasını və məhəbbətini gözləyən günahkarın gecəsidir" (Papa Fransisk, Müqəddəs Marta Evinin ibadətgahında Messa 26.03.2013).

BİRİNCİ OXUNUŞ Yeşaya 49, 1-6

Ey uzaq diyarlar, məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır». Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».

əڲ

Dünən Rəbbin qulunun Müqəddəs Cümə gününə qədər bizi müşayiət edəcək dörd nəğməsindən birincisini eşitdik. Bibliyanın bu qəhrəmanı əzab çəkən İsrail xalqı, böyük bir peyğəmbər və xristian nəzərində İsa ilə eyniləşdirilirdi. Əhəmiyyətli olan Allahın Öz bəndəsini necə xilas etməsidir. Uca Allah onu seçdi, çağırdı və hamıya, o cümlədən adalara və uzaq xalqlara göndərdi. Uğursuzluğun ağırlığını hiss etsə də, Rəbbin qulu ümidini itirmir: onun güvəni Allahın vədindən qaynaqlanır və Məzmurun sözləri ilə ifadə olunan duaya çevrilir: “Ya Rəbb, Sənə pənah gətirirəm, heç vaxt məni xəcalətdə qoyma. Mənə sığınacaq qaya ol, qoy əmrinlə hər vaxt ora girib qurtulum”.

İNCİL Yəhya 13, 21-33.36-38

İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi. O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.

əڲ  

Məhəbbət möcüzəsi olan Son Şam Süfrəsinin sonunda İsa şagirdlərinə kədərlə etiraf edir: “Sizlərdən biri Mənə xəyanət edəcək”. Şagirdlərin cavabında biz onlardan bəzilərinin xüsusiyyətlərini ayırd edə bilərik: biz həvarilərin birincisi olan Peterin təşəbbüskarlığını görürük; Yəhyanın etibarlı münasibətini, eləcə də Məsihin sona qədər məhəbbətlə yanaşdığı Yəhudanın şər niyyətini: ənənəyə görə, şam süfrəsinin başçısı hörmət əlaməti olaraq çörəyi batırıb qonağa təklif edir. Lakin Yəhuda şər niyyətində israrlıdır: çörək tikəsini götürüb dərhal günah əməlini həyata keçirmək üçün çölə çıxır. Bəlkə biz özümüzü bu mənzərənin kənar müşahidəçiləri hesab edirik, onun uzaq keçmişdə baş verdiyinə və bizə birbaşa aidiyyəti olmadığına inanırıq? Xeyr, biz də onun iştirakçılarıyıq. Bir suala cavab vermək kifayətdir: Yevxaristiyanı qəbul edəndən sonra özümüzü sevimli şagird Yəhya kimi aparırıq - yoxsa Yəhuda kimi?

14 aprel 2025, 21:31