Liturgiya oxunuşları: 19 MART. Məryəmin nişanlısı Yusif
“Məryəm və Yusif nişanlıdır; yəqin ki, onların həyatları və gələcəkləri ilə bağlı arzuları və gözləntiləri var. Allah onların həyat hekayəsinə, demək olar ki, qəfil daxil olur və əvvəlcə çətinliklə olsa da, hər ikisi qarşılarında duran yeni reallığa qəlblərini açır (Papa Fransisk, Ümumi Audiensiya 01.12.2021).
BİRİNCİ OXUNUŞ 2 Pad (2 Şam) 7,4-5a.12-14a.16
Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu: «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən? Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
əڲ
Bu günün epizodundan əvvəl gələn iki epizodu xatırlatmaq faydalı olar: Yesseyin oğulları arasından gənc Davudun seçilməsi (1 Şam 16, 1) və Natan peyğəmbərin padşah Davudun Yerusəlimdə Allah üçün “ev” tikmək niyyətinə ilkin razılığı. Bugünkü hissədə Allah Natana Davuda gözlənilməz bir xəbər verməsini tapşırır: Allahın evini Davud deyil, onun varisi tikəcək. Bu vəd müqəddəs Yusifdə yerinə yetirildi: məhz bu təvəzökar dülgər Davudun nəslinə əbədi padşahlıq edəcək yeni bir padşahı təqdim edəcək. Bu bir neçə sətirdə biz başa düşürük ki, Allah Öz vədlərinə sadiqdir, lakin Onun düşüncələri insanların düşüncələri ilə eyni deyil. Əslində, Külli-İxtiyar “güclüləri utandırmaq” üçün “dünyanın zəiflərini” seçir (1 Kor 1, 27). Allahın sədaqətinə heyrətlə dolu ürəklə, gəlin Məzmurun sözləri ilə nida edək: “Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək. Deyirəm ki, məhəbbətin əbədiyaşardır, ыədaqətin göylər qədər sarsılmazdır.»
İKİNCİ OXUNUŞ Rom 4,13.16-18.22
Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi. Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim». Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq». Buna görə də imanı ona salehlik sayıldı.
əڲ
Həvari Paгl vurğulayır ki, bütün imanlıların atası olan İbrahim salehliyi məhz iman vasitəsilə qazanıb. Müqəddəs Yusifin şəxsiyyətini məhz bu kontekstdə başa düşmək lazımdır: o, ilk növbədə, Allahın İbrahimə çoxsaylı nəsil haqda verdiyi vədin varisidir. Bu vəd Davud sülaləsində həyata keçdi və Məryəm ilə Yusifin Oğlu Rəbb İsa Məsihdə tam yerinə yetirildi. Bütün bunlarda Allahın qüdrəti aşkar edilir. Allaha iman edənlər üçün qeyri-mümkün olan heçnə yoxdur (Mark 9, 23).
İNCİL Matta 1,16.18-21.24a
Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi
əڲ
İncilin mətni, ümumi mənzərəni daha yaxşı başa düşmək üçün, İsanın şəcərə ağacının son ayəsi ilə başlayır. Yusif Allahın İbrahimə verdiyi vəd ilə Davud padşahın nəslindən olan İsa arasında əlaqə həlqəsidir. Biz Yusif haqqında çox şey bilmirik, lakin İncildən bəzi təfərrüatlar onun Allahın planındakı rolunun əhəmiyyətini anlamağa imkan verir. Yusif saleh, yəni sadiq və namuslu bir insandır. O, nə baş verdiyini anlamır, amma nişanlısı Məryəmi yaxşı tanıyır. Eyni zamanda, Mübarək Məryəmin nişanlısı azad bir insandır, qəlbi və zehni açıq və Müqəddəs Ruhun nəfəsinə itaətkardır. Qoy Nazaret Ailəsinin və bütün ənin qəyyumu olan Yusif bizə sədaqət, azadlıq və itaətkarlıq kimi fəzilətlərdə möhkəmlənməyə kömək etsin və Allahın üzərimizə qoyduğu vəzifələri sədaqətlə yerinə yetirməyi öyrətsin.